AZ

Vilayət Eyvazov Yol Polisi bölməsinə yeni rəis təyin edib

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən polis baş leytenantı Rəcəbov Ramil Valeh oğlu Saatlı rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə rəis təyin edilib.

Qeyd edək ki, R. Rəcəbov bundan əvvəl Hacıqabul rayon Polis Şöbəsinin Dövlət Yol Polisinin Yol Patrul Xidmətinin baş inspektoru vəzifəsində çalışıb. (Lent.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
13
avtosfer.az

8Mənbələr