AZ

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

Bakı. Trend:

Küveyt Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Türkiyədərəsmi səfərdədir.

Trend xəbər verirki, səfər çərçivəsində tərəflər arasında iqtisadiyyat, ticarət,tikinti, səhiyyə, turizm, enerji və müdafiə sənayesi sahələrindəmövcud əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə yenimüqavilələr imzalanacaq.

İki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 60-cıildönümündə həyata keçirilən səfər 2023-cü il dekabrın 16-davəzifəsinin icrasına başlayan Küveyt Əmirinin qeyri-ərəb ölkəsinəilk rəsmi xarici ziyarətidir. Bu, eyni zamanda yeddi illikfasilədən sonra Küveytdən Türkiyəyə əmir səviyyəsində ilksəfərdir.

Türkiyə və Küveyt rəsmiləri arasında keçiriləcək görüşlərdəikitərəfli əlaqələr, o cümlədən ticarət, müdafiə sənayesi, turizmvə investisiya kimi mühüm sahələr, eləcə də İsrail-Fələstinqarşıdurması başda olmaqla regional məsələlər müzakirəolunacaq.

Ötən il Küveytlə Türkiyə arasındakı ticarət həcmi təxminən 700milyon ABŞ dolları təşkil edib. Hazırda əməkdaşlığındiversifikasiyası, yeni əməkdaşlıq mexanizmləri vasitəsiləqarşılıqlı ticarət və investisiyaların artırılması qarşıya məqsədqoyulub.

Küveyt Xəbər Agentliyinin (KUNA) məlumatına əsasən, hazırdaTürkiyədə 400-dən çox Küveyt şirkəti, Küveytdə isə 50-yə yaxın türkşirkəti fəaliyyət göstərir. Bunların əksəriyyəti inşaat sektorunuəhatə edir. Bu günə qədər Türkiyənin Küveytdə bu sahə üzrə həyatakeçirdiyi layihələrin dəyəri 9,2 milyard dollara, KüveytinTürkiyəyə yatırdığı birbaşa investisiyaların dəyəri isə 2 milyarddollara çatıb.

Türkiyə Küveyt vətəndaşlarının turizm, müalicə və daşınmaz əmlakinvestisiyaları üçün ən çox üstünlük verdiyi ölkələrdəndir. Küveytvətəndaşları Türkiyədə daşınmaz əmlak alan əcnəbilər arasında ilkonluqdadır.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
278
22
az.trend.az

10Mənbələr