Şimali Makedoniyada parlament seçkiləri, həmçinin prezident seçkilərinin ikinci turu keçirilir.
"Cebhe.info" xəbər verir ki, gün ərzində respublikanın 1 milyon 815 min yaxın vətəndaşı səsvermə hüquqlarından istifadə edə biləcək.
Bildirilib ki, ölkədə 3480 seçki məntəqəsi fəaliyyət göstərir, səsvermə prosesi yerli vaxtla saat 19:00-da başa çatacaq.
Məhbuslar, xaricdə yaşayanlar, əlillər, xəstələr dünən səs veriblər.
Prezident seçkilərinin ikinci turunda iki namizəd mübarizə aparır: Qordana Siljanovska-Davkova və Sosial Demokratlar İttifaq (SDSM) tərəfindən dəstəklənən respublikanın hazırkı prezidenti Stevo Pendarovski.
Xatırladaq ki. aprelin 24-də keçirilən prezident seçkilərinin birinci turunda Siljanovska-Davkova 363 min 85, Stevo Pendarovski isə 180 min 499 səs toplayaraq ikinci tura keçib.
Konstitusiyaya görə, ikinci turun etibarlı sayılması üçün seçici fəallığı 40 faizdən çox olmalıdır.