AZ

Vidadi İsayev Bərdənin Qurdlar kəndində səyyar qəbul-görüş keçirdi - FOTO

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin rayonun Qurdlar kəndində səyyar qəbul-görüşü keçirilib.
 
Moderator.az xəbər verir ki. görüşdə rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər.
 
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində, həmçinin Qurdlar  kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib.
 
Daha sonra RİH başçısı Vidadi İsayev görüşdə iştirak edən sakinlərin əkinə yararlı torpaq sahəsinin ayrılması, özünüməşğulluq proqramı çərçivəsində iribuynuzlu heyvan verilməsi, birdəfəlik maddi yardım olunması, qəzalı vəziyyətdə olan işıq dirəklərinin yeniləri ilə əvəz olunması, pay torpağının sərhədlərinin yenidən dəqiqləşdirilməsi , internet-rabitə şəbəkəsinin yenidən qurulması, daxili suvarma arxının  və dren kanalın lildən təmizlənməsi ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
164
5
moderator.az

7Mənbələr