Olaylar-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, bu sferada kibercinayətkarlıq faktı da danılmazdır.
"Belə ki, tanınmış tur şirkətlərinin sayt interfeysini yaratmaqla vətəndaşlara ucuz qiymətə tur paketlər təklif oluna bilər. Şirnikləndirici vədə aldanıb linkə daxil olaraq bank kart məlumatlarını yazdıqda isə hesabdakı vəsait sıfırlanır.
Vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, tur paket almamışdan əvvəl mütləq araşdırma aparsınlar, inandıqları turizm şirkətlərinə müraciət etsinlər, şübhəli linklərə daxil olmasınlar. Dələduzluqla üzləşdikləri təqdirdə isə mütləq polis orqanlarına müraciət etsinlər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31