Mayın 7-də ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi həbsdə olan jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının ailə üzvləri ilə görüşüb. Bu barədə ABŞ səfirliyindən bildirilib.
Məlumata görə, görüşdə Müsavar Partiyasının üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi, jurnalist Sevinc Vaqifqızının anası Ofeliya Məhərrəmova və III Respublika Platformasının İdarə Heyətinin üzvü Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflı iştirak ediblər.
Birləşmiş Ştatların məlumatında bildirilir ki, müstəqil vətəndaş cəmiyyəti fəal və məsuliyyətli cəmiyyətin ayrılmaz hissəsidir və haqsız yerə həbs edilənlər cəmiyyətdəki mühüm işlərini davam etdirə bilmələri üçün azad edilməlidir.
Aytac
www.anews.az