AZ

Cari ilin I rübündə Azərbaycanın qaz hasilatı artıb

Bakı. Trend:

Cari ilin birinci rübündə Azərbaycan Respublikası Dövlət NeftŞirkəti (SOCAR) tərəfindən 18 min metrə1 yaxın qazma işləri həyatakeçirilib.

Trend xəbər verir ki,şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyiyataqlardan 1,9 milyon ton2 neft, 2 milyard kubmetr3 qaz hasilolunub.

Ölkə üzrə qaz hasilatı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə3,4% artaraq, 12,6 milyard kubmetr4 təşkil edib. Ümumilikdə isə,ilin birinci rübü ərzində Azərbaycanda 7,3 milyon ton5 xam nefthasil olunub.

Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilənneft həcmləri 3,9 milyon ton təşkil edib. Buraya şirkətin özimkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdəfəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunanneftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları dadaxildir. Ölkə üzrə təbii qaz ixracı isə 2,3% artaraq 6,5 milyardkubmetr7 olub. Hesabat dövründə ölkə üzrə təbii qazın istehlakı 4,9milyard kubmetr8 təşkil edib. Təbii qaz istehlakı ötən ilin müvafiqdövrü ilə müqayisədə 3,6% artıb.

Cari ilin birinci rübündə SOCAR tərəfindən 1,7 milyon tona9yaxın neft, 923,7 milyon kubmetr10 qaz emal edilib. Emal olunan qazhəcmləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,5% artıb.SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 495,5 mintondan11 çox neft, neft-kimya və qaz-kimya məhsulları xaricibazarlara ixrac edilib. İxrac olunan neft, neft-kimya və qaz-kimyaməhsulları ötən ilin analoji dövrü ilə müqayisədə 3,6% artıb.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
9
az.trend.az

9Mənbələr