AZ

Ramiz Mehdiyevə gizli məktubu üzə çıxan sabiq deputat: "Biz bu şantajçıları çoxdan udmuşuq"

Milli Məclisin sabiq deputatı, eks-səfir Elmira Axundova Ramiz Mehdiyevə göndərdiyi gizli məktubu barədə yayılan məlumatlara münasibət bildirib. 

Mia.az-ın məlumatına görə, məsələ ilə bağlı Elmira Axundova Demokrat.az-a açıqlamasında geniş danışmaq istəmədiyini deyib. 

Onun sözlərinə görə, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Hər şey keçmişdə qalıb, biz bu şantajçıları çoxdan udmuşuq, Ali Məhkəmə öz qərarı ilə oğlumun xeyrinə qərar çıxarıb. İş çoxdan bitib. Ona görə bu məsələyə bir də qayıtmaq istəmirəm. Məhkəmənin qərarını da sizə göndərirəm. Əgər ədalət axtarırsınızsa, Ali Məhkəmənin qərarını da çap edin”. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
4
mia.az

6Mənbələr