AZ

DSMF: Prezident təqaüdləri üzrə 228 milyon manat ödənilib

Bu ilin yanvar-aprel aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 473 min nəfərə sosial müavinət, 396 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 356 milyon manat, Prezident təqaüdləri üzrə 228 milyon manat ödənilib.

Bu ilin 4 ayında 50 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 620 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
238
23
operativmedia.az

10Mənbələr