AZ

Britaniya Rusiya hərbi attaşesini ölkədən çıxarır

Böyük Britaniya Rusiyanın hərbi attaşesini ölkədən çıxaracağını, bəzi daşınmaz əmlakların diplomatik statusunu ləğv edəcəyini və Rusiya ilə diplomatik vizaların müddətini məhdudlaşdıracağını bildirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Britaniyanın daxili işlər naziri Ceyms Kleverli deyib.

Onun sözlərinə görə, bu, Rusiyanın Britaniya və Avropadakı mənfi fəaliyyətinə cavab addımıdır:

"Hərbi kəşfiyyatçı olan və statusunu açıqlamayan Rusiya hərbi attaşesini göndərəcəyik. Böyük Britaniyada Rusiya ilə əlaqəli bir sıra mülklərin, diplomatik binaların statusunu ləğv edəcəyik. Rusiya diplomatik vizalarına yeni məhdudiyyətlər qoyuruq, o cümlədən rus diplomatlarının Böyük Britaniyada qalma müddətini məhdudlaşdırırıq".
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
124
7
milli.az

7Mənbələr