AZ

Türkiyə şirkətləri azad olunmuş ərazilərdə 50-yə yaxın layihə icra edir

44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra ikitərəfli əməkdaşlığımız üçün yeni imkanlar açılıb.   Manset.az  xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Türkiyə-Azərbaycan biznes forumunda çıxışında deyib. Baş nazir azad edilmiş ərazilərdə Türkiyə şirkətlərinin iştirakı barədə məlumat verib:

“Hazırda azad edilmiş ərazilərdə bərpa və yenidən qurma işləri geniş vüsət alıb və qardaş Türkiyə şirkətləri bu işlərdə yaxından iştirak edirlər. 20-dən çox Türkiyə şirkəti həmin ərazilərdə 50-yə yaxın layihə icra edir. Həmin layihələrin ümumi dəyəri 4 milyard dollardır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
9
manset.az

10Mənbələr