AZ

İndoneziyada bəy arvadının kişi olduğunu toydan 12 gün sonra bildi

İndoneziyada bəy arvadının kişi olduğunu toydan 12 gün sonra bilib.

HİT.az xəbər verir ki, bu barədə "World of Buzz" yazıb.

Mediada yayılan məlumatlara görə, 26 yaşlı kişi "arvadı" ilə bir il görüşüb, ancaq onun əslində kişi olduğunu bal ayı zamanı bilib. İndoneziyalının şübhələri iddia "arvadı" onunla yatmaqdan imtina etdikdən sonra başlayıb. Aldatma üzə çıxanda bəy polisə müraciət edib.

"Onların toy fotolarına baxsanız, "arvad" əsl qadına bənzəyir. Onun da yumşaq səsi və səs tonu var, ona görə də heç bir şübhə olmayıb", deyə məmurlar şərh ediblər.

Özünü qadın kimi təqdim edən şəxs həbs edilib. Aldadılan bəyin ailəsi hələ də baş verənlərə inanmır və mövcud vəziyyəti şərh etməkdən imtina edir.

Samir

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
8
hit.az

9Mənbələr