AZ

Gədəbəydə “Yaşıl marafon" qaçışı keçirilib

Bakı. Trend:

Bu gün Gədəbəy rayonunda Ulu Öndər Heydər Əliyevin anadanolmasının 101-ci ildönümünə və Dünya Uşaq Atletikası Gününə həsrolunmuş “Yaşıl marafon" qaçışı keçirilib.

Trend İdman.biz-əistinadən xəbər verir ki, “Yaşıl dünya naminə həmrəylik ili”çərçivəsində təşkil olunan yarışda 2010-2011-ci il təvəllüdlüuşaqlar 1.609 km məsafəni qət ediblər.

Qadınlar arasında Fidan Mustafazadə (5.28) birinci olub. AynurƏsgərova (5.52) və Həbibə Əsgərova (6.16) müvafiq olaraq ikinci vəüçüncü yerlərə layiq görülüblər.

Kişilər arasında Rihad Mustafayev (3.50), Samid Əliyev (4.25),Cahid İbrahimov (4.26) ilk üçlükdə qərarlaşıblar.

Yarışdan əvvəl təmizlik aksiyası təşkil olunub. Aksiya zamanıərazilərdə təmizlik işləri aparılıb. Tədbirin keçirilməsində əsasməqsəd ətraf mühitin qorunması və əhalinin sağlam həyat tərzinəcəlb olunmasıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
169
11
az.trend.az

10Mənbələr