AZ

Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin, Gənclər və idman nazirliyinin, Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılıqları ilə Gəncə İdman Sarayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri baş tutub.

Ednews xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki vitse-konsulu Şota Dolidze, Özbəkistanın Gəncədəki Fəxri konsulu Kənan Cəlilov, Quru Qoşunları komandanının müavini general-mayor Vasif Kazımov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Apelliyasiyası Məhkəməsinin sədri Toğrul Əli, Gəncə şəhər Məhkəməsinin sədri Xəqani Tağıyev, 12 saylı Vergilər Baş İdarəsinin rəisi Şahin Eyyubov, “Rövşən Oğuz” Qrup MMC-nin Baş direktoru Hafiz Mustafayev, Azərbaycan Voleybol Federasiyasının Baş katibi Faiq Orucov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov, ADAU-nun rektoru Zəfər Qurbanov, ATU-nun rektor əvəzi Yaşar Ömərov, idarə, müəssisə, təşkilat rəhbərləri, idmançılar və gənclər iştirak ediblər.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
1
ednews.net

6Mənbələr