AZ

Çexiya Rusiya xüsusi xidmət orqanlarının generalını axtarışa verib

Çexiyada polis Rusiya vətəndaşı Andrey Averyanovu 2014-cü ildə ölkənin şərqindəki Vrbetice kəndindəki silah-sursat anbarlarında törədilən partlayışlarda əli olduğu iddiası ilə axtarışa verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Сeske noviny” qəzeti yazıb.

“Polis Baş Kəşfiyyat İdarəsinin Rusiya məxfi xidmətinin generalı Andrey Averyanovu axtarışa verib”, - nəşr bildirib.

Polisin məlumatına görə, Zlin vilayətinin Vrbetiçe kəndindəki anbarlarda partlayışların təşkilatçıları Averyanovun bölmə zabitləri - Aleksandr Mişkin və Anatoli Çepiqa olub.

Məqalədə qeyd edilib ki, Rusiya kəşfiyyatı silah şirkəti “Imex Group”un işi barədə məlumatı onun əməkdaşı olan Nikolay Şapoşnikovdan alıb. Şapoşnikov agentlərə anbarlara baş çəkmək üçün də icazə verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
328
3
operativmm.az

10Mənbələr