AZ

Maradonanın “Qızıl top”u satılacaq

Dünya futbolunun əfsanəsi, argentinalı Dieqo Maradonanın 1986-cı ildə keçirilən dünya çempionatında qazandığı "Qızıl top" hərraca çıxarılacaq.

Açıq satış iyunun 6-sı Fransada baş tutacaq.
Maradonanın DÇ-1986-nın 1/4 finalında İngiltərəyə qarşı əllə vurduğu top 2022-ci ildə hərracda 2 milyon funta satılıb. Bundan başqa, həmin il argentinalının İngiltərə ilə matçda geydiyi forma 9,28 milyon dollara sahibini tapıb.

Xatırladaq ki, Maradona 2020-ci ildə 60 yaşında vəfat edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
9
football-plus.az

10Mənbələr