AZ

Rusiya: Ukraynada 6 yaşayış məntəqəsini ələ keçirdik

Rusiya: Ukraynada 6 yaşayış məntəqəsini ələ keçirdik

Rusiya Müdafiə Nazirliyi Xarkov vilayətində 5, Donetsk vilayətində isə 1 yaşayış məntəqəsinin Rusiya ordusu tərəfindən ələ keçirildiyini açıqlayıb.


Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Rusiya hərbi qüvvələrinin Rusiya-Ukrayna müharibəsindəki fəaliyyətləri barədə məlumat verilib.

Rusiya ordusunun Ukraynada döyüşlərini davam etdirdiyi bildirilən bəyanatda aşağıdakılar qeyd olunub:

“Hücumlar nəticəsində “Şimal Qüvvələr Qrupuna” bağlı bölmələr Xarkov vilayətinin Borisovka (Borisivka), Oqurtsovo (Ogirtseve), Pletenevka (Pletenivka), Pılnaya (Pilne) və Streleçya (Strileça) yaşayış məntəqələrini dağıdıblar. Mərkəzi Qüvvələr Qrupuna bağlı bölmələr uğurlu əməliyyatlar həyata keçirərək Keramik qəsəbəsini xilas edib və bölgədəki mövqelərini möhkəmləndiriblər".

Açıqlamada toqquşmalar zamanı 34 Ukrayna əsgərinin təslim olduğu, Ukrayna ordusuna aid 46 pilotsuz uçuş aparatının (PUA) vurulduğu bildirilib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
313
44
afn.az

10Mənbələr