AZ

“Avroviziya 2024”ün qalibi bəlli oldu – VİDEO

İsveçin Malmö şəhərində “Avroviziya-2024” beynəlxalq mahnı müsabiqəsinin finalı başa çatıb.

Medianews.az  xəbər verir ki, finalda 26 ölkə mübarizə aparıb.

Qalib televiziya tamaşaçıları və peşəkar münsiflər heyətinin birgə səsverməsi nəticəsində müəyyən edilib.

Qeyd edək ki, səsvermənin nəticələrinə əsasən, Azərbaycan təmsilçiləri Fahree və İlkin Dövlətov müsabiqənin final mərhələsinə vəsiqə qazana bilməyiblər. Onlar birinci yarımfinalın ikinci hissəsində “Özünlə apar” mahnısı ilə çıxış ediblər.

68-ci “Avroviziya-2024” Mahnı Müsabiqəsinin qalibi müəyyənləşib.

İsveçrə təmsilçisi Nemo Mettler (Nemo) 591 xal toplayaraq qalib olub.

İsveçdəki Malmö Arenada keçirilən yarışda isveçrəli müğənni “The Code” mahnısını səsləndirib.

İkinci və üçüncü pillələrdə isə müvafiq olaraq Xorvatiya (547) və Ukrayna (453) təmsilçiləri yer alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
265
21
medianews.az

10Mənbələr