AZ

Tramp: “Qalib gələrəmsə, Meksika ilə sərhədi bağlayacağam”

Qarşıdan gələn prezident seçkilərində qalib gələrəmsə, ilk olaraq ölkənin cənub sərhədini bağlayacağam və Meksikadan gələn miqrant axınını dayandıracağam.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş lideri Donald Tramp Nyu-Cersidə keçirilən mitinqdə bildirib.

“Yeni administrasiyamın ilk günündə bu işğala son qoyaraq cənub sərhədini bağlayacağam”, - deyə o vurğulayıb.
Siyasətçi, həmçinin ABŞ Prezidenti Cozef Baydenin “müttəfiqləri” adlandırdığı qeyri-qanuni mühacirləri evlərinə - aid olduqları yerə göndərəcəyini vəd edib.

Respublikaçıya görə, Ağ evə qayıtdıqdan sonra Birləşmiş Ştatlar Amerika tarixində ən böyük deportasiya əməliyyatına başlayacaq.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
8
bizim.media

8Mənbələr