AZ

İsveçrə 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin qalibi olub

İsveçrə 68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin qalibi olub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, İsveçdəki Malmö Arenada keçirilən yarışda ölkə təmsilçisi Nemo “The code” mahnısını səsləndirib.

İsveçrə təmsilçisi 591 xal toplayıb.

Yarışmada Xorvatiya 547 xalla ikinci, Ukrayna isə 453 xalla üçüncü yerdə qərarlaşıb.

Xatırladaq ki, mahnı müsabiqəsinin birinci yarımfinalı mayın 7-də, ikinci yarımfinalı isə 11-də keçirilib.

Birinci yarımfinalda mübarizəni dayandıran Azərbaycan təmsilçilər Fahree və İlkin Dövlətov “Özünlə apar” mahnısı ilə çıxış ediblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
305
9
nocomment.az

10Mənbələr