AZ

“Qəbələ” “Sabah”ı məğlub etdi - VİDEO

Bu gün Misli Premyer Liqasında 34-cü tura yekun vurulacaq. 

Bizim.Media xəbər verir ki, sonuncu oyun gününün ilk oyunu Qəbələdə baş tutub.

Burada “Qəbələ” avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Sabah”la üz-üzə gəlib. Oyun meydan sahiblərinin qələbəsiylə başa çatıb. Turun son matçı isə avrokuboklara digər iddialı “Sumqayıt”la “Səbail” arasında baş tutacaq. Daha öncə “Neftçi” “Kəpəz”ə (5:1),  “Turan Tovuz” “Araz-Naxçıvan”a (1:0), “Qarabağ” isə “Zirə”yə (1:0) qalib gəlib.

Misli Premyer Liqası

34-cü tur

12 may

“Qəbələ” – “Sabah” 2:0

Qollar: Əyyub Allaş, 33. Klesio Bauk, 45+1.

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.

Qəbələ şəhər stadionu, 17:00.

Qəbələ: 1. Rəşad Əzizli, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 7. Emil Səfərov, 25. İbrahim Ramazanov, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla.

Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 2. İlkin Qırtımov, 5. Rauf Hüseynli, 12. Nicat Əliyev, 97. Emil Süleymanov, 30. Şahin Şahniyarov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo.

Baş məşqçi: Kaxaber Sxadadze.

Sabah: 1. Yusif İmanov, 17. Tellur Mütəllimov, 8. Ayaz Quliyev (k), 88. Xəyal Əliyev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 44. Sofian Çakla, 70. Cesse Sekidika, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris.

Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 10. Namik Ələskərov, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybulaev, 40. Rauf Rüstəmli, 53. Fəxri Məmmədli, 24. Maruan Hadudi, 18. Davit Volkov, 90. Oluvaseun Timilehin

Baş məşqçi: Krunoslav Renduliç.
 

 

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
223
32
bizim.media

10Mənbələr