AZ

Tomas Müllerin həyat yoldaşından gözlənilməz addım - Foto

“Bayern”in alman hücumçusu Tomas Müllerin həyat yoldaşı Liza Müller sosial şəbəkələrdə onu izləməyi dayandırıb və birlikdə fotolarını silib.

Arena.az məlumat verir ki, cütlüyün arasında nə baş verdiyi məlum deyil.

Tomas və Liza 15 ildir evlidirlər, hər ikisinin 34 yaşı var. Liza atçılıq idmanı ilə məşğul olan peşəkar at yürüşçüsüdür. Cütlük Münhendən 30 kilometr cənubda Otterfinq yaxınlığındakı damazlıq fermaya sahibdir.

Bu günə qədər aralarında heç bir anlaşılmazlıq yaşanmamış cütlük haqda Lizanın bu davaranışından sonra şübhələr baş qaldırıb.

Tomas Müller “Bayern”in yetirməsidir. Veteran hücumçu 2000-ci ildən “Bayern”in düşərgəsindədir və 2009-cu ilin iyulundan Münhen klubunun əsas komandasında çıxış edir. Müllerin “Bayern”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə veteran hücumçu “Bayern”in heyətində bütün yarışlarda 40 oyun keçirib, 7 qol vurub, 11 məhsuldar ötürmə verib.

Ümumilikdə Müllerin “Bayern”in heyətində çıxışının mənzərəsi belədir: 706 oyun, 242 qol, 267 məhsuldar ötürmə.

Müllerin zəngin qənimətlər muzeyi var. Tomas “Bayern”lə 12 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Müller həmçinin 2 dəfə Almaniya Kubokunun (2009/2010 – 4 qol, 2013/2014 – 8 qol) ən sərrast futbolçusu olub.

Tomas Müller 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 128 oyuna çıxıb, 45 qol vurub, 40 məhsuldar ötürmə verib. Müller “bundestim”lə 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub. Hücumçu həmçinin 5 qolla DÇ-2010-nun ən sərrast futbolçuları arasında yer alıb.

“Transfermarkt” internet-portalı 34 yaşlı veteran hücumçunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
2
arena.az

3Mənbələr