AZ

Pişiyi necə düzgün sığallamaq lazımdır?

Pişiklər nəvazişlərə öz xarakterlərindən, “tərbiyə”sindən asılı olaraq fərqli reaksiya verə bilərlər.

 

Viral.az xəbər verir ki, Trent Universitetində aparılan tədqiqatın nəticələri bunu deyir.

 

Qeyd olunub ki, pişiklər istədiyini etməyi sevən heyvanlardır. Fiziki təmasa gəlincə, onlar onsuz da həmişə bir az məsafəlidir. Əgər pişik sizin toxunuşlarınıza mənfi reaksiya vermirsə, bəlkə də onun əsl motivi naharını təmin etməkdir.

 

“Pişiklər quyruqlarının sığallanmağını sevmirlər. İnsanlar ümumiyyətlə pişiklərin quyruqlarından belinə doğru sığallanmaqdan xoşlandığını düşünsələr də, araşdırmalar bunun əksini göstərir. Pişiklər ən çox mənfi reaksiyaları quyruğunun dibindən belinə qədər uzanan nahiyəyə toxunduqda verə bilər”, – tədqiqatçılar deyir.

 

Qarın nahiyəsindən də uzaq durmaq lazımdır, çünki burada həyati orqanlar var və pişik həmin toxunuşları təhlükə kimi qəbul edir. “Tərbiyə” də xarakter qədər vacibdir. Daha çox sığallanan və oxşanan və ilk 8 həftədə daha çox diqqət alan pişikləri sığallamaq daha asan olur və nəvazişdən daha çox həzz alırlar.

 

Pişiyin reaksiyalarını düzgün oxumaq lazımdır. O, sığal çəkərkən başını sərt şəkildə əllərinizə tərəf çevirirsə, yəqin ki, qəzəblidir. Onun xoşlanmadığını göstərən başqa bir əlamət isə mırıldanma kimi qarşılıqlı əlaqəyə cavab verməmək ola bilər: “Qulaqlar bir az dönmüş və ya yastılaşmış haldadırsa, bükülübsə, quyruğu yerə yaxın və ya paraleldirsə, bunlar narahatlıq əlamətləri kimi qiymətləndirilməlidir”.

 

Sonda vurğulanıb ki, araşdırma nəticələrinə görə, pişiklər üzlərindən sığallanmağı sevirlər. Əsasən yanaqlar, qulaqlar və çənənin altı ən çox toxunulmağı xoşladıqları yerlərdir. Bunun səbəbi üzün bu bölgələrində qoxu yaradan bir çox dəri vəzilərinin olmasıdır. Pişiklər öz qoxularını yaymaq istəyirlər, onlar bu sahələrin sığallanmasını sevir.

 

“Yenə də unutmayın ki, pişiklər təbiətcə “qəribə” canlılardır və sığal çəkərkən müsbət həyəcan siqnalları alsanız, davam edin. Miyoldayamaq, sizə sürtünmək və quyruğunu yelləmək müsbət əlamətlərdir. Pişik baş verənlərin onun nəzarətində olduğunu bilmək istəyir. Əlinizi pişiyə doğru uzadın, əgər o, toxunmağınızı istəsə, gəlib sizə sürtünəcək. Əgər əlaqə qurmaq istəmirsə, təkid etməyin. Hər 3-5 saniyədən bir qısa fasilə verin və davam etmək istəsə, özü sizə sürtünəcək”, – deyə bildirilib:

 

“Gördüyünüz kimi, pişiyi əzizləmək ciddi bir işdir, zarafat deyil”.

Bu xəbər ilə bağlı

Pişikləri məscidin həyətindən yığıb öldürən şəxs həbs olundu – 4 il 6 ay


Xəbəri oxu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
15
viral.az

10Mənbələr