AZ

Mahsun Kırmızıgül Vəfanın duet təklifini RƏDD ETDİ – VİDEO 

Müğənni Vəfa Şərifovanın uşaqlıq arzusu ürəyində qalıb. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Qonaqcanlı” verilişində danışıb. 

Vəfa bildirib ki, türk həmkarı Mahsun Kırmızıgülə duet oxumaq üçün müraciət etsə də, o bu təklifi rədd edib: 

“Hər kəslə duet oxuya bilərəm. İstər tanınmış, istərsə də tanınmamış ifaçı olsun. Tamamilə fərqli bir janrda da duet ifa edə bilərəm. Ən əsası odur ki, tamaşaçını bezdirməyəsən. Dinləyicilərə duetin maraqlı olsun. Uşaqlıqdan çox sevdiyim bir türk müğənnisi var. Mahsun Kırmızıgülə duet üçün müraciət etdim, amma o, duet oxumadığı üçün təklifimi rədd etdi.

Onun ümumiyyətlə, duet oxumaq fikri yoxdur. Nə türk, nə də ki, azərbaycanlı ifaçı ilə... Ona mənimlə duet oxuması üçün pul təklif etməmişəm, amma istəsə, pul verməyə hər an hazıram. Hansı məbləğ istəsə, onu verərəm, amma təəssüf ki, duet ifa etmək istəmədi”. 
Qeyd edək ki, Vəfa Şərifova türk həmkarı Sərdar Ortaçla “Balım” adlı mahnısını duet şəklində ifa edib, klip çəkdirib. Vəfa Sərdarla oxumaq üçün 50 min manat pul xərclədiyini açıqlamışdı. 
 


Rəşad Əliyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
137
6
bizim.media

5Mənbələr