AZ

Naxçıvanda dövlət qulluqçuları üçün təlimlər keçirilir - FOTO

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 1-3-cü bəndlərində nəzərdə tutulmuş tədbirlər üzrə Dövlət İmtahan Mərkəzi əsas icraçı qurum olaraq müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, Mərkəz tərəfindən 2024-cü ilin sonuna qədər Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə əsasən bütün regionlarında dövlət qulluqçuları üçün təlimlər keçirilir.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, 13 may 2024-cü il tarixindən başlayan təlimlər 17 may 2024-cü il tarixinədək Babək, Şahbuz, Sədərək, Kəngərli, Şərur, Ordubad, Culfa rayonlarında və Naxçıvan şəhərində qulluq keçən dövlət qulluqçuları üçün təşkil olunacaq.

Təlimin ilk günü Dövlət İmtahan Mərkəzinin əməkdaşları tərəfindən “Dövlətin əsasları” və “Dövlət qulluğuna dair qanunverciliyin tətbiqi”, “Dövlət qulluğunda etik davranış qaydaları və korrupsiya ilə mübarizə” və “Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları”, “Münaqişələrin idarəedilməsi” və “Rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarəedilməsi və liderlik” mövzuların həsr olunub.

Təlimlər zamanı mövzular ətrafında iştirakçılara məlumatlar verilib, müzakirələr aparılıb və onların sualları cavablandırılıb.

Qeyd edək ki, təlimlər ilin sonunadək digər şəhər və rayonlarda davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
207
2
tehsil.biz

10Mənbələr