AZ

“Payızda seçkilərdə fors-major olmasa “Gürcü arzusu” hakimiyyətdən gedə bilər” - Politoloq

Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib ki, Gürcüstanda Ukrayna ssenarisi üzrə “Maydan”ın baş verəcəyi istisnadır, çünki hazırkı müxalifətin buna gücü yoxdur: “Təbii ki, Gürcüstanda belə bir ssenari baş verməyəcək. Tamamilə nüfuzdan düşmüş siyasi azlığın bunun üçün resursu yoxdur”.

Gürcüstanda indiki vəziyyətdə “Maydan” inqilabının baş vermə ehtimalı varmı?

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Herbiand.az-bildirib ki, Gürcüstanda “Xarici agentlər haqqında” (indiki adı “Xarici təsirin şəffaflığı haqqında” – red.) qanuna qarşı müxalifətin formalaşdırdığı etiraz aksiyası hələ də müsbət nəticə vermir:

“Çünki hakimiyyətin dayaqları güclüdür. Hakimiyyətin özü də bu yaxınlarda ciddi şəkildə etiraz aksiyası keçirdi”.

Məhəmməd Əsədullazadə hesab edir ki, Qərbin də təzyiqlərinə rəğmən bu qanun qəbul olunub:

“Amma Gürcüstan prezidenti veto qoyacaq və bu məsələ noyabra qədər uzana bilər. Qarşıdan seçkilər gəlir. Düşünürəm ki, əgər xalq yekdil şəkildə seçkilərə getsə indiki hakimiyyəti səsvermə yolu ilə məğlub edə bilər. Amma biz müxalifətdə də vahid liderin ortada olmadığını görürük. Bu prosesdə qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti aktiv rol oynayır. Qərbin də çox ciddi şəkildə dəstəyi var. Amma bu da hakimiyyətə təzyiqlərə gətirib çıxarmır. Hakimiyyət geri çəkilmir. Amma seçki həlledici olacaq. Bu da “Gürcü arzusu” partiyasının mövqeyinə çox ciddi mənfi təsir edəcək. Düşünürəm ki, payızda seçkilərdə fors-major olmasa “Gürcü arzusu” hakimiyyətdən gedə bilər. Amma inqilabı istisna edirəm. “Gürcü arzusu” partiyası inqilabla hakimiyyətdən getməyəcək”.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
250
35
herbiand.az

10Mənbələr