AZ

Kənd təsərrüfatı məhsullarının qiyməti nə vaxt ucuzlaşacaq?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Hazırda bazarda mövsümə uyğun olsa da, bir çox kənd təsərrüfatı məhsullarının qiyməti yüksəkdir.

Qiymətlərin yüksək olmasının səbəbləri barədə Banco.az-a açıqlama verən iqtisadçı Rauf Qarayev bildirib ki, qeyri-stabil hava şəraiti məhsuldarlığa təsir edir:

“Stabil olmayan hava şəraitində məhsulların yığımı da çətinləşir. Plansız yığım məhsuldarlığın aşağı düşməsinə səbəb olur.Respublikanın bir çox bölgələrində sel və daşqınlar baş verdi. Təbiətin şıltaqlığı kənd təssərüfatı məhsullarının qiymətinə birbaşa təsir edən amildir.  Düşünürəm ki,  may ayının ortalarından qiymətlərin aşağı düşməyi  proqnozlaşdırılıb. Elə kənd təsərrüfatı sahəsində çalışan ekspertlər də bunu təsdiq edirlər”. 

Ekspert qeyd edib ki, qiymət artımına daha bir səbəb ölkəyə gələn kənd təsərrüfatı məhsullarının inkişafı üçün lazım olan gübrə və digər dərmanların qiymətinin baha olmasıdır:

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
255
50
banco.az

10Mənbələr