AZ

Qızılda bütün diqqətlər ABŞ-ın CPI məlumatlarındadır

Qızıl qiymətləri FED-in pul-kredit siyasəti perspektivini formalaşdıracaq ABŞ inflyasiya məlumatları ərəfəsində üfüqi tündensiya sərgiləyir.

Fins.az xəbər verir ki, əvvəlki sessiyada 0.1% dəyər itirən qızıl, ABŞ CPI məlumatlarından əvvəl üfüqi bir seyir izləyir.

Spot qızıl həftənin ikinci ticarət günündə bir unsiya üçün 2346$-dan satılır. 

Sözügedən hesabat "yapışqan" inflyasiyanın bu il mərkəzi bankın borclanma xərclərini azaltmaq planlarına meydan oxumağa davam etdiyini göstərən bir sıra iqtisadi göstəricilərin dərcindən sonra açıqlanacaq.

Bu il 13% bahalaşan "sarı metal", Mərkəzi Bankların qızıl satın almaları ilə dəstəklənən qazanclar və Yaxın Şərqdə "təhlükəsiz liman"-a tələbin artmasına səbəb olan geosiyasi risklərin artması fonunda ötən ay rekord həddə çatıb (2431$). Qızılın bahalaşmasına həmçinin, Çindən artan tələb də dəstək verib.

Digər yandan, ABŞ Xəzinədarlıq istiqrazlarının gəlirləri bazar ertəsi Nyu-York FED-in dərc olunan sorğusunun istehlakçıların gələn il qiymətlərin illik 3.3% artacağını proqnozlaşdırdığını göstərməsindən sonra yüksəldi.

Bazarlar, həmçinin FED-in üstünlük verdiyi inflyasiya göstəricisi olan Şəxsi İstehlak Xərcləri Qiymət İndeksinə ciddi təsir edən iqtisadi göstəricilərin təsirini qiymətləndirmək üçün çərşənbə axşamı İstehsalçı Qiymətləri İndeksi məlumatlarını da yaxından izləyəcək. Digər tərəfdən, bugün həmçinin, FED sədri Cerome Pavelın də çıxış etməsi planlaşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
154
14
fins.az

9Mənbələr