AZ

İsrail 13 fələstinlini əsir götürüb

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilində 13 fələstinlini əsir götürüb.

BiG.AZ xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail əsgərləri Qüdsün şimal-şərqindəki Hebron şəhəri və Anata qəsəbəsinə hücum ediblər.

Əsgərlər Şəfat qaçqın düşərgəsinə də basqın edərək fələstinlilərin evlərinə zəhərli qaz və qumbara atıblar.

İsrail ordusunun Qəzza zolağına hücuma başladığı 7 oktyabr 2023-cü ildən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı hücumlar artıb.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
239
2
big.az

10Mənbələr