AZ

Ruslar yenidən hərbi texnikalarını Belarusa göndərir

Tarix: 16 May 2024 08:44

Belarus Dəmir Yolu artıq rus hərbi texnikalarını daşıyan qatarları qəbul etməyə hazırlaşır.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Belarus Dəmiryol İşçiləri Cəmiyyəti məlumat yayıb.
"Bu daşımalar çərçivəsində Rusiya hərbi kontingentinin və texnikasının dəmir yolu ilə Belarus ərazisinə, eləcə də əks istiqamətə daşınması planlaşdırılır", - məlumatda deyilib.
Həmçinin qeyd edilir ki, planlaşdırılan hərbi daşımaların əsas məqsədlərindən əlavə, Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərindən hərbi eşelonların rotasiyalı şəkildə Belarusa və geriyə hərəkəti imkanları da nəzərdən keçirilir.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
240
4
sonxeber.net

10Mənbələr