AZ

XİN rəsmisi BƏƏ səfirini qəbul etdi

Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd əl-Bluşini qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaxın Şərq ölkəsinin diplomatik missiyasının mətbuat xidməti bildirib.

“BƏƏ-nin Azərbaycandakı səfiri Zati-aliləri Məhamməd əl-Bluşi Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Zati-aliləri Elmar Məmmədov ilə görüşüb, iki ölkə arasında müxtəlif sektorlarda iqtisadi əməkdaşlığın perspektivləri müzakirə edilib”, – paylaşımda qeyd olunub.

Xatırladaq ki, Məhəmməd əl-Bluşi 2022-ci ilin aprelindən BƏƏ-nin Azərbaycandakı səfiridir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
258
10
bakivaxti.az

10Mənbələr