AZ

Kobaxidzedən Ərdoğana HEYRANLIQ: “Biz onun liderliyini nümunə götürürük”

“Prezident Ərdoğan türk xalqının mənafeyini hər mənada qoruyan bir liderdir. Biz onun liderliyini nümunə götürürük”.

Bizim.Media xəbər verir ki, bunu Ankarada səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə mətbuat konfransında çıxışında bildirib.

“Dost və qonşu ölkəmiz Türkiyəyə ilk dəfə səfər etdiyim üçün xoşbəxtəm. Cənab Ərdoğanı ziyarət etməkdən çox xoşbəxtəm”, - deyə Kobaxidze qeyd edib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
22
bizim.media

10Mənbələr