AZ

Azərbaycanın bəzi bölgələrinə qar yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Mayın 17-si saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib. Bəzi yerlərdə arabir yağıntılı olub, şimşək çaxıb, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Şahdağ, Qrız, Gədəbəyin yüksək dağlıq ərazilərinə qar yağıb.

Düşən yağıntının miqdarı Oğuzda 38 mm, Qəbələdə 36 mm, Şəkidə 28 mm, Qaxda 25 mm, Zaqatalada 24 mm, Balakəndə 20 mm, Yevlaxda 17 mm, Lənkəranda 16 mm, Tərtər, Astarada 14 mm, Gədəbəy, Şahbuzda 12 mm, Göygöldə 11 mm, Ağdamda 10 mm, Naxçıvanda 9 mm, Mingəçevir, Cəfərxan, Biləsuvarda 8 mm, Yardımlı, Şərur, Ağstafa, Beyləqan, Lerik, Sabirabad, Qusar, Naftalan, Tovuz, Culfa, İmişli, Neftçala, Gəncə, Göyçay, Zərdab, Şəmkir, Ceyrançöl, Ordubad, Qobustan, Altıağac, Quba, Qrız, Şahdağ, Bərdə, Daşkəsən, Kürdəmir, Şirvanda 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 4 mm-dək olub.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
299
49
dogru.az

10Mənbələr