AZ

Musanın komandasından darmadağın

İsveç çempionatında 9-cu turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, millimizin hücumçusu Musa Qurbanlının da formasını geyindiyi “Yurqorden” səfərdə "Brommapoykarna" ilə qarşılaşıb. Matç "Yurqorden"in 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Musa bu oyunda iştirak etməyib. Onun adı matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, “Yurqorden” hazırda turnir cədvəlində 19 xalla 2-cidi. Komanda lider "Malmö"dən 5 xal geri qalır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
167
2
football-plus.az

10Mənbələr