AZ

Xaricdə təhsil: Dələduz şirkətlərdən necə qorunaq?

Xaricdə təhsil almaq əksər tələbələrin arzularından biridir. Xaricdə təhsil uzun və bəzi hallarda yorucu proses olduğundan tələbələrin əksəriyyəti bu prosesi onların yerinə icra etməsi üçün xaricdə təhsil şirkətlərinə müraciət edir.

 

Xüsusilə təcrübəsi az olan gənclər bu şirkətlərə üz tutur. Onlar bu məqsədə nail olmaq istəyən şəxslər üçün uyğun sənədlərin toplanması, xaricdə təhsil üçün faydalı konsultasiyaların verilməsi, hansı universitet, ixtisas və ölkənin seçilməsi üçün köməklik göstərirlər. 

 

Lakin bəzi şirkətlər şirnikləndirici vədlərlə insanları aldadır, həm vaxtlarını, həm də pullarını mənimsəyirlər

 

Bəs, abituriyent və tələbələr xaricdə təhsil şirkətlərinə müraciət edərkən nəyə diqqət etməlidirlər?

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Cahid İmanlı qeyd edib ki, ilk növbədə  şirkətlərin onlara təqdim etdiyi xarici universitetin Elm və Təhsil Nazirliyi tərəfindən tanınınıb-tanınmayacağını dəqiqləşdirməlidirlər:

 

“Xarici şirkət haqqında araşdırma aparmalı, mümkün olduğu qədər yeni yaranan şirkətlərlə yox, daha əvvəl yaranan, bu sahədə ənənəsi və təcrübəsi olan tanınmış şirkətlərələ müqavilə bağlamalıdırlar. Adətən yeni yaranan şirkətlər daha ucuz təkliflər edirlər. Tələbələrin buna aldanmamalarını tövsiyə edirəm. Xarici şirkətlər bəzən öhdəliklərini tam yerinə yetirmirlər. Məsələn, onlar tələbənin yataqxana təminatı üçün əlavə pul alıb sonradan bu tələbi qarşılamırlar.

 

 İstənilən halda tələbələr İqtisadiyyat nazirliyində qeydiyyatdan keçmiş rəsmi şirkətlərlə işləməyə üstünlük verməli və bütün təklif olunan xidmətləri 2 tərəfli müqavilələrlə rəsmiləşdirməlidirlər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
334
38
azedu.az

10Mənbələr