AZ

"Yeni mövsümdə "Liverpul"un baş məşqçisi olacağam"

Hollandiyalı çalışdırıcı Arne Slot mayın 17-də "Liverpul" ilə müqavilə imzalayacaq.

90deqiqe.Az xəbər verir ki, bu barədə nüfuzlu insayder Fabrizio Romano  "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Hazırda "Feyenoord"u çalışdıran baş məşqçi Arne Slot, mətbuat konfransında verdiyi açıqlamada, İngiltərə komandası ilə müqavilə imzalayacağını təsdiq edib.

"Gələn mövsüm "Liverpul"un yeni baş məşqçisi olacağımı təsdiqləyə bilərəm" 

Xatırladaq ki, Slot son 9 il ərzində “Liverpul”da çalışmış Yurgen Kloppu əvəz edəcək. Arne daha əvvəl "Feyenoord"da çalışıb, onun rəhbərliyi altında Rotterdam komandası bu mövsüm Hollandiya çempionu olub və UEFA Çempionlar Liqasında çıxış edib. Daha əvvəl "Liverpul"un yeni baş məşqçisinin hazırda Kloppun yaşadığı evdə yaşayacağı bildirilirdi. Çünki ev Liverpula məxsusdur.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
23
90deqiqe.az

10Mənbələr