AZ

Son iki ayda top mərmisi ilə bağlı problem yoxdur...

...Çexiyanın təşəbbüsü olmasa belə, Ukrayna Silahlı Qüvvələri üçün artilleriya mərmilərinin tədarükü ilə bağlı irəliləyiş var.

SİA LIGA.net-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərlə görüşündə bildirib.

...Çexiya təşəbbüsündən əvvəl də bizdə irəliləyiş vardı. Müharibə zamanı ilk dəfədir ki, heç bir briqada top mərmisinin olmamasından şikayətlənmir. Bu, son iki ay ərzində baş verir.

Bunu deyən Zelenski, görüləsi işlərin çox olduğunu da bildirib.

Ukrayna liderinin sözlərinə görə, çex təşəbbüsübundan sonra da davam edəcək.

Prezident həmçinin tərəfdaşların Ukraynaya pilotsuz uçan aparatların və elektron döyüş avadanlıqlarının istehsalı üçün vəsait ayıracaq təşəbbüsü açıqlayıb.

...Dronlarımızın texniki göstəriciləri getdikcə yaxşılaşır. Biz onların çoxunu istehsal etməyə başlayırıq, lakin onlara pul yoxdur, əgər olarsa, təbii ki,daha çox istehsal edə bilərik, - deyə Zelenski bəyn edib.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
50
sia.az

10Mənbələr