AZ

Bu il 11-ci siniflərin imtahan nəticələri yüksək olub - Sədr

Bu il 11-ci siniflərin imtahan nəticələri yüksək oldu, orta bal Azərbaycan dili fənnindən 9 bal artıb.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə deyib.

"Bu artım riyaziyyat fənnində də var, 5-6 bal, təqribi. Hesab edirik ki, bu çox yaxşı nəticədir", - o əlavə edib.

DİM sədri gələn il daha yaxşı nəticələrin olacağına inandığını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
160
19
axar.az

10Mənbələr