AZ

170 illik rekord yeniləndi: Yağış elə yağdı ki...

Güclü yağış nəticəsində İtaliyanın şimalında yaşayış məntəqələri su altında qalıb. Səlahiyyətlilər son 170 ilin ən yüksək yağış miqdarının Milanda qeydə alındığını açıqlayıblar.

Publika.az xəbər verir ki, güclü yağış İtaliyanın şimalındakı Lombardiya, Veneto və Emilia Romaqna bölgələrinə də təsirsiz ötüşməyib. İki çayın daşması nəticəsində yaşayış məntəqələrində daşqınlar baş verib.

Yanğınsöndürmə qrupları son iki gündə Lombardiya və Venetoda 2000-dən çox yardım çağırışına cavab verib. Su basmış yeraltı keçidlərdə və yollarda olan sürücülər qruplar tərəfindən xilas edilib. Prospekt və küçələrin gölə çevrildiyi nöqtələrdə evlərdən rezin qayıqlarla təxliyə işləri aparılıb.

Aysel Şahmar

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
21
publika.az

10Mənbələr