AZ

Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq

Bakı. Trend:

Sabah İran və Azərbaycan arasında Araz çayı üzərində Qız Qalasıhidroqovşağının istifadəyə veriləcəyi gözlənilir.

Trend-in İran KİV-ə istinadən məlumatına görə, bu suhidroqovşağı iki ölkə arasında ən önəmli layihələrdən biridir ki,tam şəkildə istifadəyə hazırdır.

Belə ki, Araz su bəndindən 196 km aşağı hissədə yerləşən QızQalası hidroqovşağının istifadəyə verilməsi ilə İran ərazisində 74min hektar kənd təsərrüfatı ərazisi (Ərdəbil vilayətində 62 minhektar, Şərqi Azərbaycan vilayətində 12 min hektar) su ilə təminolunacaq. Beləliklə qeyd olunan ərazilərdə kənd təsərrüfatıməhsullarının istehsalının artması ilə nəticələnəcək.

Qız Qalası hidroqovşağı saniyədə 3.44 min kubmetr daşqınlarlaəlaqədar hər iki tərəfdə tənzimləyici kanal nəzərdə tutulub.

Qeyd edək ki, İran tərəfi bildirir ki, Qız Qalası hidroqovşağına5.5 trilyon rial (təxminən 131 milyon dollar) dəyərində vəsaitxərclənib. Bu su bəndi vasitəsi ilə İranın Şərqi Azərbaycan vəƏrdəbil vilayətlərində 74 min hektar ərazi su ilə təmin olunacaq və85 min nəfərin işlə təmin olunması ilə nəticələnəcək. Bu su bəndiildə 2 milyard kubmetr (1 milyard kubmetr Azərbaycan, 1 milyardkubmetr İran üçün) suyu tənzimləyəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
6
az.trend.az

7Mənbələr