AZ

Daşkənddə keçirilən Türk Dünyası Sammiti başa çatdı - FOTO

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Azərbaycan-Türkiyə Qadınlar Cəmiyyəti, Azərbaycan-Türkiyə Evinin və “İpək Yolu” Vəqfinin təşkilatçılığı ilə Özbəkistanın paytaxtı Daşkənddə “Qərbi Azərbaycana qayıdış” Türk Dünyası Sammiti keçirilib.
 
Moderator.az xəbər verir ki, mayın 18-də “Bentley Hotel”də təşkil olunmuş Sammitə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyətindən dövlət adamları, millət vəkilləri, elm və ictimaiyyət xadimləri qatılıblar. Tədbirdə həmçinin Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev və "Yeni Müsavat" Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu iştirak edib.

WhatsApp Image 2024-05-18 at 15.03.23.jpeg (91 KB)

Sammit Azərbaycan-Türkiyə Qadınları Cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlının yekun nitqi ilə başa çatıb. O, tədbirin əhəmiyyətindən danışıb və bütün iştirakçılara təşəkkür edib. 
 
Tədbirin sonunda iştirakçılara xatirə plaketi təqdim edilib və xatirə fotosu çəkilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
221
2
moderator.az

10Mənbələr