AZ

"Bayer" məğlubiyyətsiz oyunlar seriyasını 51-ə çatdırdı

"Bayer" bu mövsüm Almaniya Bundesliqasında sonuncu oyununa - 34-cü tur matçına çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, artıq turnirdə çempionluğu rəsmiləşdirən Leverkuzen təmsilçisi "Auqsburq"la qarşılaşıb. "Bayer" rəqibini 2:1 hesabı ilə məğlub edib. 

Hesabı 12-ci dəqiqədə "Bayer"dən Viktor Bonifase açıb. 27-ci dəqiqədə Robert Andrix fərqi artırıb. 62-ci dəqiqədə isə "Auqsburq"dan Mert Kömür fərqlənib.

Bu qələbə sayəsində "Bayer" məğlubiyyətsiz oyunlar seriyasını 51-ə çatdırıb (bütün turnirlərdə). 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
175
6
bakivaxti.az

10Mənbələr