AZ

Vaqif Xaçatryanın vəkili müdafiə çıxışı edib, təqsirləndirilən şəxs son söz deyib, hökm elan olunacaq - YENİLƏNİB

Vaqif
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir. 1news.az "Report"a istinadən xəbər verir ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır. Təqsirləndirilən şəxsin vəkili Radmila Abılovaya müdafiə çıxışı edib, V.Xaçatryan son söz deyib. Daha sonra məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib.
*** saat 10:28 Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilir. 1news.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev məhkəmə iclasına sədrlik edir.
Cinayət işinə Yasamal rayon Məhkəməsinin inzibati binasında baxılır.

Hazırda dövlət ittihamçısı çıxış edir.

Seçilən
530
37
1news.az

10Mənbələr