AZ

Şamaxıda Zəfər Günü tədbiri keçirildi

6 noyabr 2023-cü il tarixində N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında 8 noyabr - Zəfər Gününə həsr olunmuş "Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir" adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Şamaxı Rayon İcra Hakimiyyəti və Şamaxı Astrofizika Rəsədxanasının  birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Yeni Azərbaycan Partiyası Şamaxı Rayon Təşkilatının sədri Tural Qasımlı, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin nümayəndəsi Gülnisə Ələkbərova, ADPU- nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, Şamaxı Astrofizika Rəsədxansının Elmi əlaqələr və təşkilati məsələlər şöbəsinin müdiri, ehtiyatda olan zabit, müharibə veteranı Kamal Hüseynov, gənc alimlər, əsgərlər və şəhid ailəsi iştirak edib.

AMEA-nın müxbir üzvü, Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru Namiq Cəlilov Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə dünya birliyinin laqeyd qaldığı tarixi ədalətin bərqərar olması uğrunda ordumuzun göstərdiyi qəhrəmanlıqdan danışıb.

Tədbirin sonunda Vətən Müharibəsi şəhidi Quliyev Rəcəb Elşən oğlunun valideyninə çıxış üçün söz verilib.





Seçilən
225
10
qafqazinfo.az

4Mənbələr