Bakı. Trend:
Bu gün bütün Azərbaycan xalqı 8 Noyabr – Zəfər Gününü böyükqürurla qeyd edir.
Bunu Trend-ə Bakı sakini Şərif Kərimli deyib.
O qeyd edib k, xoşbəxt xalqıq ki, bu zəfərin sevinciniyaşayırıq.
“Bizim atalarımız, babalarımız vaxtilə qələbə sevincinidadıblar, onların sevincini eşidəndə bizə qeyri-adi gəlirdi. Ammatale elə gətirdi ki, həmin sevincdən Allah bizə də nəsib etdi.Bütün Azərbaycan xalqı bu qələbəni qeyd edir. Bu gün uşaqlar daQənimətlər Parkına gəlir və düşmənə hansı zərbə vurduğumuzugörürlər.
Mən də özümə borc bildim ki, bu gün bura gəlib qazilərimizləgörüşüm. Qənimətlər Parkına gəlib burada olan məhv edilmiş düşməntexnikalarına baxanda qələbəmizin əzəmətini bir daha hiss edirəm”,- deyə o qeyd edib.
Xatırladaq ki, 2020-ci ilin noyabrın 8-də Azərbaycan xalqı üçünböyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəriErmənistan işğalından azad edilib. Azərbaycanın hərbi sahədəqazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalındanqurtarılması müharibənin taleyində həlledici rol oynayıb.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3dekabr tarixli Sərancamı ilə hər il noyabrın 8-i AzərbaycanRespublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsiqərara alınıb.