Niyə Senat "İsrailin təhlükəsizliyinin təminatı məqsədilə əlavə maliyyə vəsaitlərin ayrılması"nı səsverməyə çıxartmadı, Bayden isə qabaqcadan bu qanuna veto qoyacağını bəyan etdi?
2 noyabrda Nümayəndələr Palatasının yeni spikeri Mayk Conson H.R.6126 saylı qanun layihəsini səsverməyə çıxartdı və respublikaçıların N/P-də çoxluğu sayəsində(226 lehinə-196 əleyhinə) qanun layihəsi qəbul olundu. Qanun layihəsinin adı-"İsrailin təhlükəsizliyinin təminatı məqsədilə əlavə maliyyə vəsaitlərin ayrılması"dır. Amma bu qanun layihəsi, başdan ayağa avantüra və sirkdir niyə?
İlk növbədə fikir verməliyik ki, Ukrayna və İsrailə hərbi dəstəklərin bir qanun layihəyə salınması məsələsinin gərgin müzakirələr predmetinə çevrilməsinə baxmayaraq, Mayk Conson İsrailə dəstək məsələsini N/P səsverməsinə ayrı qanun layihəsi kimi çıxarmışdı. Amma bu da əsas məsələ deyil. H.R. 6126 qanun layihəsi İsrailə 14.3 milyard dollar dəyərində dəstəyi nəzərdə tutur, sizcə bu vəsait nəyin hesabına verilir? Məhz ABŞ üçün "müqəddəslər müqəddəsi" olan vergi sisteminin(IRS) büdcəsinin maliyyələşməsini azaltmağın hesabına İsrailə dəstək nəzərdə tutulur.
Bu qanun layihəsi səsverməyə çıxarılan kimi Bayden bəyan etmişdi ki, veto hüququndan istifadə edəcək, əslində Baydenin vetosuna heç ehtiyac da yox idi, ona görə ki, Senat heç zaman və heç bir halda lehinə səs verməz idi.
İndi isə sadə riyaziyyat. ABŞ maliyyə naziri Canett Yellen bəyan etdi ki, əgər vergi sistemindən 14 milyard dollar kəsiləcəksə, ABŞ büdcəsinə 28 milyard dollar daha az pul daxil olacaq.
Məsələnin başqa tərəfi də var. İsrailin yaranması gündən, ABŞ-ın bütün administrasiyaları, bütün Konqresləri İsrailə birmənalı və qeyd-şərtsiz dəstək verirdilər, respublikaçılar və demokratlar. İsrailə dəstək məsələsi heç zaman ABŞ-ın daxili siyasətində mübahisə və siyasi alver predmeti olmamışdı. İlk dəfədir ki, respublikaçılar bunu etdilər. ABŞ-da belə addımlar unudulmur, bağışlanmır.
Sizcə republikaçılara vergi sisteminin zəiflədilməsi nəyə lazımdır? Partiyanın əsas donorları olan milyarderlərin vergilərdən yayınması üçün münbit şəraitin yaradılması məqsədilə. Bu qədər sadə və bu qədər iyrənc.
Hal-hazırda Senat təşəbbüsü öz üzərinə götürür. Demokratlar və respublikaçılar kompromis əldə etmək istəyirlər, respublikaçılar Ukraynaya hərbi-istisadi dəstəyin qəbuluna razılıq verəcəklər, demokratlar isə Meksika ilə sərhədin nəzarətinin gücləndirilməsinə razılıq verəcəklər. Senatda belə konsensus, Consonu da kompromisə getməyə məcbur edə bilər.
Politoloq Kamran Cəfərov
Visiontv.az