AZ

Cəlilabadda "Kalaşnikov" avtomatı, 5 ədəd tüfəng aşkarlanıb - FOTO

Profilaktik və əməliyyat tədbirləri nəticəsində Cəlilabadda 1 ədəd "Kalaşnikov" avtomatı, 5 ədəd tüfəng aşkarlanıb.DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Olaylar.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi ilə bağlı aparılan profilaktiki tədbirlər nəticəsində bir nəfər rayon sakini qanunsuz olaraq saxladığı "AK-47" markalı avtomat silahını, həmin silaha aid 1 ədəd darağı və 21 ədəd patronu polis şöbəsinə təhvil verib.Bundan əlavə, şöbə əməkdaşlarının rayon ərazisində qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri əməliyyat tədbirləri nəticəsində 5 nəfər rayon sakininindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb.Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırmalar aparılır.

Seçilən
424
33
olaylar.az

10Mənbələr