AZ

Küləkli hava nə vaxta kimi davam edəcək? - PROQNOZ

Fevralın 5-i saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində arabir güclənən cənub-qərb küləyi müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən FED.az-a verilən xəbərə görə, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eləcə də Qobustanda 21 m/s, Göyçayda 18 m/s, Sabirabadda 17 m/s, Şəki, Yardımlıda 16 m/s-dək güclənib.

    Neft daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.4 metrə çatıb.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 7, Aran rayonlarında 14, dağlıq rayonlarda 4 dərəcəyədək isti olub. Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti fevralın 6-sı günün ikinci yarısınadək davam edəcək.

    Seçilən
    22
    42
    fed.az

    10Mənbələr