AZ

“Bavariya” Kloppun baş məşqçi olmasını istəyir


Baş məşqçi Yurgen Klopp “Bavariya”ya rəhbərlik edə bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bavariya”nın və Almaniya milli komandasının qapıçısı Manuel Noyer “Bayern & Germany” sosial şəbəkə hesabında məlumat yayıb.
“Düşünürəm ki, Klopp “Bavariya”da məşqçi vəzifəsi üçün potensial namizəddir”, - Noyer bildirib.
Alman mütəxəssis 2015-ci ilin payızından İngiltərənin “Liverpul”una rəhbərlik edir. Onun rəhbərliyi altında “qırmızılar” İngiltərə Premyer Liqası, Çempionlar Liqası, Klublararası Dünya Kuboku, Liqa Kuboku, İngiltərə Kuboku və UEFA Super Kubokunun qalibi olub. 2023/24 mövsümü onun klubun baş məşqçisi kimi son mövsümü olacaq.
“Uzun müddətdir normal həyat sürməmişəm. Normal həyat sürmək üçün qocalığı gözləmək istəmirəm. Bunun nə olduğunu başa düşmək üçün heç olmasa cəhd etməliyəm”, - Klopp qərarını izah edib.
Hazırda Kloppun yetirmələri 21 oyundan sonra 48 xal toplayıb və turnir cədvəlində birinci yerdədir.
Seçilən
110
27
yeniavaz.com

10Mənbələr