AZ

Muslera "Qalatasaray"ın tarixinə düşdü

"Qalatasaray"ın qapıçısı Fernando Muslera Super Liqada 400-cü oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, qolkiperin yubileyi "Rizespor"la XXIX tur matçına təsadüf edib. "Qalatasaray" görüşdə 6:2 hesablı qələbə qazanıb.

Muslera "Qalatasaray"la ən çox oyun keçirən əcnəbi futbolçu olub. Qolkiper 400 oyunda 385 qol buraxıb, 154 matçda isə qapısını toxunulmaz saxlayıb.

37 yaşlı qapıçı 2011-ci ildən "Qalatasaray"ın formasını geyinir.
Seçilən
360
10
futbolpress.az

10Mənbələr